DİM Naxçıvanda imtahan keçirmək üçün təyyarə SİFARİŞ VERİB
    • 20-06-2020, 13:23
    • 752

DİM Naxçıvanda imtahan keçirmək üçün təyyarə SİFARİŞ VERİB

Bir həftədən sonra Naxçıvanda mütləq bütün imtahanlar keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O xatırladıb ki, hazırda Naxçıvana gediş-gəliş məhdudur: “Heyəti ora göndərmək üçün xüsusi təyyarə sifariş vermişik. Bu məsələ həll olan kimi orada da buraxılış imtahanlarını keçirəcəyik”. /report/