Daşkəsənə dolu DÜŞDÜ
    • 3-05-2020, 15:19
    • 1 166

Daşkəsənə dolu DÜŞDÜ

Daşkəsən rayonunda hava şəraiti kəskin dəyişib, dolu düşüb.

News24.az xəbər verir ki, günorta saatlarında rayon ərazisində güclü dolu yağmağa başlayıb.

Təxminən 15-20 dəqiqə davam edən yağıntı çiçək açmış meyvə ağaclarına zərər vurub. Yağıntının başqa fəsadlar törədib-törətməməsi isə hələ ki, məlum deyil.

Hazırda yağışlı hava şəraiti davam edir.