İranda sutka ərzində 2,6 minə yaxın insan KORONAVİRUSA YOLUXDU
    • 22-06-2020, 14:10
    • 564

İranda sutka ərzində 2,6 minə yaxın insan KORONAVİRUSA YOLUXDU

İranda sutka ərzində 2,6 minə yaxın koronavirusa yoluxma hadisəsi aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari açıqlama edib. 

Bildirilib ki, son bir gündə 119 xəstə vəfat edib. 

Qeyd edək ki, İranda 19 fevraldan bu günə qədər  207 min 525 nəfər koronavirusa yoluxub. Onlardan 9742-si vəfat edib.