Bakıda taksi marşrut avtobusu ilə toqquşub - FOTO
    • 22-06-2020, 19:26
    • 727

Bakıda taksi marşrut avtobusu ilə toqquşub - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan News24.az-a verilən məlumatına görə, bu gün saat 18:00 radələrində "Veten.Az-Trans" MMC-nin müvəqqəti istismarında olan 46 nömrəli, 99-JU-517 dövlət nömrə nişanlı, "İsuzu B902" markalı avtobusu idarə edən sürücü, Məmmədov Ruslan Ramiz oğlu Puşkin küçəsi ilə hərəkət edərkən əks istiqamətdə hərəkət edən taksi minik avtomobili ilə toqquşub: “Daşıyıcının verdiyi məlumata görə hadisə taksi minik avtomobilinin svetoforun icazə siqnalını nəzərə almadan qəfil sola dönmə əməliyyatı etməsi səbəbindən baş verib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb”.