Pərvin məhkəmədə qalib gəldi. Tunay üzr istəyəcək – VİDEO
    • 2-10-2018, 11:31
    • 1 696

Pərvin məhkəmədə qalib gəldi. Tunay üzr istəyəcək – VİDEO

Aktrisalar Pərvin Abıyeva və Tunay Əliyeva arasında olan məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, prodüser Tarix Əliyevin aparıcılıq etdiyi “Hər şey daxil” verilişinə qonaq olan aktrisa bu haqda özü məlumat verib:

“Bildiyiniz kimi Tunay Əliyeva ilə məkmə prosesim var idi. Mən həmin məhkəmədə qalib gəldim. Əslində qərara əsasən o mənə təzminat da ödəməlidir. Lakin bu vacib deyil. Əsas məsələ üzr istəməsidir. Çünki o məni kütləvi şəkildə təhqir etmişdi. Baxmayaraq ki, mən də ona qarşılıq vermişdim, ekpertiza bunu psixoloji basqı altında etdiyim qərarına gəldi.

Əgər bir məsələdə haqlıyamsa, haqqımı heç kimə yedirtmərəm. Haqsız olduğum yerdə isə üzr istəyərəm. Həm Azərbaycan xalqı, həm də media bilir ki, mən heç kimə sataşmamışam”.

Qeyd edək ki, aktrisalar arasında yaşanan qalmaqal Tunay Əliyevanın Pərvin Abıyevanı təhqir etməsi ilə başlayıb.

Daha sonra isə P.Abıyeva məhkəməyə müraciət edərək həmkarından şikayətçi olub.

Teymur Məmmədov