İtaliyada köməksiz vəziyyətdə qalan azərbaycanlı gəmiçilər PREZİDENTƏ MÜRACİƏT ETDİ
    • 24-06-2020, 11:07
    • 819

İtaliyada köməksiz vəziyyətdə qalan azərbaycanlı gəmiçilər PREZİDENTƏ MÜRACİƏT ETDİ

İtaliyanın Oristano Limanında yanacaq və liman borcları səbəbiylə həbs olunan "Palmali" şirkətinə aid 2 gəmidə 29 ekipaj üzvü çıxılmaz vəziyyətə düşüb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir,  FETÖ terror təşkilatına üzv olmaq iddiası ilə İstanbul Baş Prokurorluq tərəfindən başladılan istintaq çərçivəsində həbs olunan və Silivri Qapalı Həbsxanasında saxlanılan Mübariz Qurbanoğlunun "Palmali Gəmiçilik" Şirkətinə məxsus M/V General Şıxlinski və M/V Xosrov Bəy adlı ümumi yük gəmiləri  liman və yanacaq borclarına görə İtaliyanın Oristano limanında saxlanılıb.

29 heyət üzvü, 27-si azərbaycanlı, 1-i türk, 1-i ukraynalı olmaqla 10 aydır maaş ala bilmədikləri və gəminin şəxsi heyətlə əlaqəsi olmadığı, hər iki gəmidə yemək və su qıtlığı yaşandığı qeyd edilib.

Oristano Liman İdarəsindən alınan məlumata görə, M/V General Şıxlinski adlı gəminin 90 min dollar yanacaq borcu olduğu, M/V Xosrov Bəy adlı ümumi yük gəmisinin isə 150 min dollar ödədiyi, hər iki gəminin də liman istismarı və əməliyyat xərclərini ödəmədiyi bildirilib.

"Palmali Gəmiçilik" şirkətinə aid hər iki gəmidə işləyən 29 ekipaj üzvünün su və qida ehtiyatının qalmadığı qeyd edilsə də, gəminin regional agentliyi gəminin işçiləri ilə maraqlanmayıb. Oristano Liman İdarəsi isə hər iki gəmiyə qida və su yardımı edib.

Adını açıqlamaq istəməyən gəminin azərbaycanlı heyət üzvlərindən biri həm maddi həm də hüquqlarına görə gəmini tərk edə bilmədikılərini açıqlayıb:"Buradan Türkiyə Cümhuriyyəti Səfirliyinə müraciət edərək kömək istədik. Gəmidə həm qida həm də su ehtiyatımız bitir. Bir gün əvvəl Oristano Liman səlahiyyətliləri beş günlük qida və su yardımı etdi. Burada böyük əziyyət çəkirik. Prezidentimiz İlham Əliyevə müraciət edirik. Xahiş edirəm bizi buradan xilas edin".