Elnarə Xəlilovadan nostalji - VİDEO
    • 24-06-2020, 11:08
    • 790

Elnarə Xəlilovadan nostalji - VİDEO

Müğənni Elnarə Xəlilova "Ayrıldıq" mahnısının akustik versiyasını və ona çəkilən yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, musiqisi Elvin Musayev, sözləri Nadoya məxsus olan musiqi parçasına rejissor Nail Naiboğlu quruluş verib. Ekran işinin operatoru Nicat Alışov, dron Bəhruz Həsənov, işıq Fuad Xələfov, montaj Station.az, rejissor assistenti Rauf Cavadovdur. Elnarənin stili üzərində Sura və Könül çalışıb.

EL Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə ərsəyə gələn "Ayrıldıq" klipinin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb.

Sevda Bayramova