Yasamalda qətl törədənlər SAXLANILDI
    • 24-06-2020, 13:25
    • 654

Yasamalda qətl törədənlər SAXLANILDI

Bakının Yasamal rayonunda qətl törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, faktla bağlı cinayət işi başlanılıb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.