Abşeronda beş nəfər bir kişini öldürdü
    • 23-07-2018, 12:24
    • 1 197

Abşeronda beş nəfər bir kişini öldürdü

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, iyulun 19-da, saat 01:00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.