Erməni polkovnik parada Qondarma Dağlıq Qarabağın bayrağı olan MEDALLA GƏLDİ - FOTO
    • 24-06-2020, 17:21
    • 2 257

Erməni polkovnik parada Qondarma Dağlıq Qarabağın bayrağı olan MEDALLA GƏLDİ - FOTO

Bu gün faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi paradda ermənilər növbəti dəfə təxribata əl atıb.  

News24.az xəbər verir ki, Qondarma Dağlıq Qarabağ separatçı rejimin bayrağı olan medal parad zamanı erməni hərbi dəstəsinə rəhbərlik edən polkovnik Aşot Akopyanın sinəsində olub. 

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıdan münasibət öyrəndik. O isə bununla bağlı Rusiyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamağı tövsiyə etdi. 
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyənlər arasında olub. Paradda Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstə tribunaların önündən keçib.

Afaq Mirayiq