-
- 2-10-2018, 13:01
- 5 111
“Aktrisa deyilik, amma işimizi sevirik və uğur qazana bilirik” - Sevil-Sevinc
Müğənnilər Sevil-Sevinc Səfərova bacıları maraqlı açıqlamalar edib.
News24.az xəbər verir ki, bir müddət öncə “İnsan” adlı kliplərini təqdim edən şou-biznes əkiz ifaçıları tənqidlərə münasibət bildirib:
“İş olan yerdə tənqid də olacaq, tərif də. Bu normaldır. Yeni işlərdə istərdik ki, tənqid yox, dəsdək olsun. Maraqlı layihələr hazırlayırıq. Gah Bakıda, gah Rusiyada, dah da Türkiyədəyik. Deyirlər ki, yoxa çıxmışıq. Yay fəsli ərzində müğənni tamaşaçısına istirahət verməlidir. Necə ki, verilişlər istirahətə yollanır və izləyici yeni mövsümdə onlardan yeni nəfəs gözləyir, eləcə də hər bir müğənni bunu etməlidir.
Dayanmadan efirlərdə görünmək düzgün deyil. Oktyabr ayından isə bol enerji ilə işlərimizə davam edəcəyik”.
İfaçılar bu ilin sonu təqdimatı baş tutacaq “Qız qaçırtma” filmi haqda da danışıb:
“İnşallah keçən il olduğu kimi, “Qız qaçırtma 2” dekabrın 20-si qala gecə keçiriləcək. Əminəm ki, bu dəfə heç bir media nümayəndəsinin xətrinə dəyilməyəcək. Onlar da sevərək gəlib keyfiyyəli işə baxacaqlar.
Ötən il bir az anlaşılmazlıq olmuşdu bizi saymamışdılar. Düşünürük ki, bu film ötən ilkindən də daha uğurlu və maraqlı olacaq.
“Qız qaçırtma”nın birinci hissəsində kardarxası o qədər də gülüb əylənmirdik. Bu dəfə isə gelməkdən çəkiliş edə bilmirdik. Əsas odur ki, zarafatlarla gündəmin nəbzini tuta bilmişik. Biz komandamıza çox güvənirik”.
Açıqlamalarından birində yenidən veriliş aparacaqlarını deyən ifaçılar fikrindən daşınıb:
“Əslində tamaşaçıların fikri bizə maraqlı idi. Çox xoş oldu ki, izləyicilər bizi efirdə görmək istəyir. Amma hələ ki, veriliş gözləmirik. Çünki dekabr ayına qədər öz işlərimiz hədsiz dərəcədə çoxdur. Bu həm bayaq da qeyd etdiyim Bakı, Moskva və Türkiyə ilə bağlıdır.
Sadəcə xarici ölkələrlə bağlı layihəni hələ açıqlamaq istəmirik. Gedişatda hər kəs xəbərdar olacaq”.
Səfərova bacıları son zamanlar müğənnilərin aparıcılıq və aktrisalıq etməsinə də münasibət bildirib:
“Əgər bir işi görürüksə və orada reytinq zəifdirsə, deməli onu atmaq lazımdır. Amma sən veriliş aparırsansa və tamaşaçı səni sevirsə, kinoya çəkilirsən səni izləmək üçün kinoteatrlara axın edirlərsə, yolda getdiyimiz zaman bizi saxlayıb “Hansınızı qaçırtdılar?” sualını verirlərdsə bu gözəl nailiyyət əldə etmisən deməkdir.
Təhsil insana bilirsiz nə verir? Əlində kağız olur ki, məm bunu öyrənmişəm və hər kəsdən də yaxşı bacarıram.
Müğənni səhnədə özünü hər zaman katrisa kimi aparır. Çünki bu gün mənim dərdimdən böyük dərd ola bilməz. Amma tamaşaçı qarşısına çıxıb aktyorluq edirəmsə deməli bu işi bacarıram. Müğənni hər şeyi bacarmalıdır. Bu təhsilə, diploma baxmır.
Fərda çəkiliş meydançasında bizə böyük dəstək olur. Nəyi necə etmək lazım olduğunu başa salır. Bu bizim üçün təhsildir. Düşünürəm ki, təcrübə keçməyin özü də təhsildir.
Bu dünyanın hər bir yerində belədir. Misal üçün Cenifer Lopez müğənni, rəqqasə və aktrisadır. Hərçənd ki, onun heç bir filminə baxmamışıq.
Sizə bir sirr açaq ki, biz gün ərzində ən azı 2 film izləyirik. Sevdiyimiz janr isə real hadisələr əsasında ekranlaşdırılan kinolardır.
Əgər bir film yeni çıxıbsa və hamı onu tərifləyirsə, o demək deyil ki, mütləq izləyəcəm. Maraqlanıram, araştırıram sonra qərar verirəm.
Bu gün mənim üçün Denzel Vaşinqton nömrə birdir.
Məhz araşdırmalar etdiyimizə görə deyirəm ki, biz heç də az bilmirik.
Biz aktrisa deyilik, amma işimizi sevirik və uğur qazana bilirik. Ona görə də kimin nə deməsi mənim bizim üçün fərq etmir”.
Teymur Məmmədov