-
- 29-06-2020, 17:51
- 1 983
Litvada Tar, Kamança və Qavalın büstü qoyulacaq
2017, 2018 və 2019-cu illərdə "Aypara" Muğam Qrupu Litva Respublikasının Vilnus, Klaipeda, Palanga, Kaunas, Birştonas, Trakai, Neringa şəhərlərində bir çox mötəbər tədbirlərdə və bir çox Beynəlxalq Festivallarda iştirak ediblər.
News24.az xəbər verir ki, "Aypara" muğam qrupu Litva Respublikasında UNESCO-nun keçirdiyi LAUKS-NOS və "Skamba Skamba Kankliai" Beynəlxalq Festivallarında, Litva Respublikasının Cümhuriyyətinin 100 illiyində, Kaunas şəhərində Beynəlxalq Kurort Festivalında iştirak ediblər.
Azərbaycanın Litvadakı Səfirliyi 28 May - Respublika Günü, həmçinin də Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi mününasibətilə Vilnusda təşkil edilən rəsmi qəbulda "Aypara" Muğam Qrupu kiçik konsert təşkil edib. Sözügedən qrup həmçinin də cari ilin 7 iyun tarixində Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios sammitində konsert proqramı ilə çıxış ediblər. Təşkil olunan tədbir Ujupios Respublikasının Konsitutsiyasının Azərbaycan dilinə tərcüməsi ilə bağlı keçirilib.
Bundan əlavə, 8-9 iyun tarixlərində qrup Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı ilə çıxış edib. Muğam Qrupu hər çıxışında litvalılarla öz dilərində danışaraq, Milli musiqi alətlərimiz olan tar – kamançada Litva musiqi nümunələrini ifa ediblər. Musiqiçilər Azərbaycan musiqisini ölkənin hüdudlarından kənarda da mükəmməl şəkildə təbliğ ediblər.
Qeyd edək ki, "Aypara" qrupunun tərkibində xanəndə Gülzar Fərəcova, tarda Ədalət Behbudov, kamançada isə Pərviz Fərhadov yer alır.