Digər reyslər üzrə çarter reyslərin təşkili nəzərdə keçirilir - Prezident köməkçisi
    • 30-06-2020, 18:18
    • 565

Digər reyslər üzrə çarter reyslərin təşkili nəzərdə keçirilir - Prezident köməkçisi

"Bakı-İstanbul reysləri üzrə çarter reysləri təşkil olundu. Digər istiqamətlər üzrə də çarter reyslərinin təşkil olunması nəzərdən keçirilir". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, ilk olaraq bu ölkələrdə yoluxma sayı nəzərdən keçiriləcək: "Samur istiqamətindən Moskvadan gələnlər də karantinə alınmayaraq test keçirilməklə ölkəyə daxil olması təmin edilib. Hazırda Rusiyadan 250 nəfər quru sərhəddini keçib".

Afaq Mirayiq