Gələn ay Soçidən Bakıya aviareys açılacaq
    • 2-10-2018, 17:20
    • 843

Gələn ay Soçidən Bakıya aviareys açılacaq

 Rusiyanın "Ural Hava Yolları" şirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu üzrə aviareyslərin yerinə yetirilməsinə başlayacaq. 
Uçuşlar hər həftənin şənbə günü, "Airbus A-320" markalı təyyarələrlə həyata keçiriləcək. 

Təyyarə Soçidən saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Azərbaycan paytaxtındakı geriyə dönüş isə saat 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq. 

Birtərəfli bilet üzrə minimal tarif 8 154 rubl (təxminən 210-220 manat) təşkil edəcək.