"Anam ölüm-dirim savaşı verir" - ATV-nin aparıcısının anası koronavirusa YOLUXDU - FOTO
    • 3-07-2020, 15:23
    • 731

"Anam ölüm-dirim savaşı verir" - ATV-nin aparıcısının anası koronavirusa YOLUXDU - FOTO

Azad Azərbaycan Televiziyasının xəbər aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.

News24.az xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" hesabında yazıb: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə inqalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir. Əgər, hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam, anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır. Ən yaxşı halda qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!"

Sevda Bayramova