-
- 4-07-2020, 16:11
- 721
Diqqət: Plastik qablardan zərərli maddələr qidaya keçir- AQTİ
Son illər bütün dünyada qablaşdırma materiallarının istehsal səviyyəsinin kəskin artması və istifadədən sonra həmin materialların tullantı şəklində təbiətə vurduğu zərər qlobal səviyyədə müzakirələrə səbəb olub. Qablaşdırma məmulatlarının istehsalında istifadə edilən plastik materiallar ekoloji cəhətdən daha çirkləndirici xammal hesab edilir.
News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyasının Qida və qida əlavələri bölməsi tərəfindən hazırlanan “Qablaşdırma məmulatlarının qidalarımıza təsiri” mövzusunda elmi məqalədə bildirilib.
Qeyd edilib ki, plastik tullantıların təbiətdə çürüyərək torpağa qarışması 10 illər ərzində baş verir. Həmçinin günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr uzun illər atmosferə çirkləndirici təsir göstərir. Buna baxmayaraq, hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İstehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilə bilməsi onların geniş yayılmasına şərait yaradır. Son illərdə təbiətə vurduğu zərərin qarşısını almaq məqsədilə bir sıra dünya ölkələri plastik qablaşdırma məmulatlarının istehsalından mümkün qədər imtina edilməsi üçün qərarlar qəbul edir.