“İnsanlara 30 qəpik gözü ilə baxırlar” – Plan doldurmaq üçün təhlüklə yaradan SÜRÜCÜLƏR – VİDEO
    • 3-10-2018, 11:20
    • 786

“İnsanlara 30 qəpik gözü ilə baxırlar” – Plan doldurmaq üçün təhlüklə yaradan SÜRÜCÜLƏR – VİDEO

“İnsanlara 30 qəpik gözü ilə baxırlar” – Plan doldurmaq üçün təhlüklə yaradan SÜRÜCÜLƏR – VİDEO – FOTO  

Kart sistemi ilə işləməyən bəzi avtobus sürücülərinin paytaxt yollarında əməlli başlı Formula 1 yarışları

ARB TV  News24.az-a xəbər verir ki, i
ntervalları təxminən 1-2 dəqiqə olduğu halda bəzi avtobuslar dayanacaqda daha çox dayanır, sonra isə itirdikləri vaxtı yolda qazanmağa çalışırlar.

Sakin: “Möhkəm sürürlər, deyəndə ki, yavaş sür, deyir xoşun gəlmirsə düş, başqa avtobusda get”.

Sakin: “İnanın ki, özünə hörmət edən bu avtobuslara minməz. Çarəsizikdən minirik”.

Maraqlısı odur ki, çəkiliş zamanı kameranı görüb tələm-tələsik avtobusu vaxtından daha tez yola salan dispetçerə də rast gəldik, yolun ortasında saxlanılan, sükanı boş olan avtobusa da.

Ekspertlər də ictimai nəqliyyatda baş verən qəzaların əksəriyyətinin interval problemindən yarandığını deyirlər. Daşıyıcının sürücü qarşısında qoyduğu bu tələb sürücünü tələsdirir.

Elməddin Muradlı – Ekspert: “Yol nəqliyyat hadisəsi baş verə bilər. Plana işləyirlər. Əsas odur ki, axşama pul çıxsın. Hər şeyin başında pul dayanır. İnsanlara 30 qəpik gözündə baxırlar”.

Digər problem sürücülərin işə götürülməsilə bağlıdır. Məsələn ötən gün baş verən qəzanın əsas səbəbkarı kimi bilinən sürücünün narkotik istifad
əçisi olduğu, bundan əlavə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə daha əvvəllər məhkum olunduğu üzə çıxdı. Belə bir insanı yenidən sükan arxasına əyləşdirən, üstəlik ictimai nəqliyyatı həvalə edən daşıyıcıların bu işdə marağı nədir?Mütəxəssislərin sözlərinə görə, onlar üçün əsas olan planın doldurulmasını təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sözügedən problemlərin həlli üçün kart sistemindən istifadənin genişliyini vacib sayır.

Mais Ağayev – BNA-nın Mətbuat xidmətinin rəhbəri: “Kart sistemi tətbiq edildiyi zaman artıq avtobusların intervalında və vahid dispetçer məntəqəsindən idarə olunmasında hər hansı bir problem müşahidə olunmayacaq. Nağdsız sistemin olması həm də o deməkdir ki, sürücülər plana işləməyəcəklər”.

İşə qəbulla bağlı məsələyə gəlincə, qurum rəsmisi deyir ki, agentliyin bu prosesdə heç bir iştirakı olmadığından hazırda vəziyyətə tam nəzarət edə bilmir. 
Yanlış sistemin doğurduğu fəsadların nəticəsidir ki, sükan arxasında qeyri-peşəkar, naşı sürücülər əyləşir.Agentlik rəsmisinin sözlərinə görə bu cür halların aradan qaldırılması üçün sərnişindaşıma fəaliyyətilə ayrı-ayrı sahibkarların deyil, aidiyyatı orqanların məşğul olması istiqamətində işlər aparılır.