-
- 16-10-2019, 18:11
- 892
"Avtobusu hərə öz evinin qabağında saxlatdırır..." SƏRNİŞİNLƏRDƏN TƏPKİ
- Nə qədər saxlamaq olar, işə gecikirik axı, dayanacaq yoxdur, bəyəm?”
- Nə edək saxlayanda da pis oluruq, saxlamayanda da. -
- Dayanacaq olmayan yerdə adamları yığmasaz, camaat da istədiyi yerdə saxlatdırmaz. Pul yığmaqdan ötrü yeri gəldi-gəlmədi avtobusu saxlayıb camaatı doldurursuz...Sürücü ilə sərnişin arasında bu cür mübahisələri demək olar ki, hər gün 103, 106, 213 saylı, eləcə də paytaxt boyu şütüyən əksər avtobuslarda müşahidə edirik.
News24.az-a şikayət edən Bakı sakini Mehdi Əliyev də qeyd edir ki, hər gün işə gecikdiyinə görə, rəhbərlik tərəfindən töhmət alır: “Hər gün evdən vaxtından xeyli tez çıxıram, amma nə xeyri var?! Avtobuslar o qədər gec gedir ki, yubanırsan. İnanın, işə çatana qədər əsəblərim tarıma çəkilir. Bir dayanacaqdan o birisinə qədər az qala 5-6 dəfə saxlayır. Yeri gəldi-gəlmədi dayanır. 5 addım yolu getməyə can çəkənlər dayanacağa getmək əvəzinə harda gəldi avtobusu saxlayırlar. Az qala hərə öz evinin qabğında dayandırır. Belə şey olar? Bu nə qədər davam edəcək? Lap tutaq ki, sərnişinlər qaydanı pozur, bəs, sürücülər niyə belə edir?”.
Məsələ ilə bağlı News24.az-a münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, avtobus sürücülərinin bu hərəkəti qanunaziddir: “Sürücü dayanacaqdan kənarda saxlayırsa, cərimə olunmalıdır. Gün ərzində onlarla bu cür qayda pozuntusuna yol verən sürücülər cərimə olunur. Müntəzəm marşrut xətti üzrə, avtobuslar müəyyən olunan hərəkət sxemi üzrə dayanacaq məntəqələrində sərnişini mindirib düşürə bilər.
Qeyd etdiyim kimi, bu qaydalara əməl etməyən sürücü cərimə sanksiyası ilə üzləşir. Biz əhaliyə də bildirmişik ki, belə faktlar olanda avtobusun nömrəsini ya eyniləşdirmə kodunu bildirsinlər, dərhal ölçü götürülsün”.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, artıq kompleks tədbirlər görməyin vaxtı çatıb: “Kifayət qədər məbləğdə cərimələr var. 100 manat cərimə zamanı sürücünün hesabına 4 cərimə balı yazılır. Amma çox təəssüf ki, bu cərimələr effekt vermir, sürücülər yenə də öz işlərinə məsuliyyətsiz yanaşırlar. Burada kompleks tədbirlər görülməlidir. Ən başlıcası ən yaxın müddətdə nəğdsiz ödənişə, kart sisteminə keçmək lazımdır. Bu istiqamətlərdə artıq işlər gedir. “Baku bus” artıq kartla işləyir. Özəl daşıyıcıların bəziləri buna keçiblər. Dövlətin qəti qərarı var ki, yaxın müddətdə tam olaraq kart sisteminə keçilsin. Kart sisteminə keçilsə, sürücü fiksə olunmuş əmək haqqı alsa, gündəlik 30 qəpiklərdən asılı olmasa, plan sistemi ləğv olunsa, həmin eybəcər mənzərə olmayacaq və ya minimum olacaq. Kompleks tədbirlərin içərisində təbliğat, maarifləndirmə işlərini də gücləndirmək lazımdır. Sürücü maddi marağını və ya sahibkarın marağını əsas gətirərək harda istəyir düşürüb mindirir. Sürücüyə anlatmaq lazmdır ki, bunun qarşılığında tətbiq olunacaq cərimə qazandığından dəfələrlə artıq olacaq. Başqalarının yolunu kəsirsən, insanlar gecikir, əsəbləşir, aqressivləşirlər. Bu, eyni zamanda ictimai nəqliyyatı nüfuzdan salır. Sərnişinlərə də avtobusa dayanacaqda minmək və dayanacaqda düşmək mədəniyyətini aşılamaq lazımdır. Dayanacaqdan düşüb 100 metr yol getmək elə də faicə deyil. Sərnişin işini elə planlaşdırmalıdır ki, öz evinin yanında düşüb minməməsin”.
Afaq Mirayiq