Şeytanlara ev tikdi - Qonşular yaxınlıqdan keçməyə qorxur
    • 3-10-2018, 12:38
    • 1 357

Şeytanlara ev tikdi - Qonşular yaxınlıqdan keçməyə qorxur

Minskdə yaşayan bir biznesmenin evi bütün qonşuların narazılığına səbəb olub. Kənardan nağılllardakı qəsrlərə bənzəyən ev, öncələr hər kəsin diqqətini çəksə də, sonradan hər kəs bu qəsrdən çəkinməyə, qorxmağa başlayıb.
 News24.az-ın xəbərinə görə, ev sahibi evin damına, divarlarına, hasarına, qapı və pıncərələrə satanist simvolikalar həkk etdirib, şeytan heykəlləri düzdürüb.
İnsan kəllələri, şeytan fiqurları gecə işıq saçır və görənləri qorxuya salır.
Qonşular bu "şeytan qəsri" ilə bağlı şəhər rəhbərliyinə müraciət etsələr də, heç kəs biznesmen Oleq Remslikovun özəl mülkiyyəti ilə bağlı əks tədbir görmək istəməyib.