Xəzərin bulvar ərazisi NATƏMİZ VƏZİYYƏTDƏ - FOTOLAR
    • 7-07-2020, 14:20
    • 680

Xəzərin bulvar ərazisi NATƏMİZ VƏZİYYƏTDƏ - FOTOLAR

Bu ərazi dənizkənarı bulvarın qurtaracağı sayılır. Hazırda natəmiz vəziyyətdə olan Xəzər dənizinin sahili tullantılarla dolu bir əraziyə çevrilib.

News24.az xəbər verir ki, görüntülərdən də məlum olduğu kimi həm dənizin, həm də sahilin ərazisi olduqca baxımsız vəziyyətdədir.  

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı ilə əlaqə saxladıq.

G.Yelmarqızı məsələ ilə bağlı News24.az-a bildirib ki, qurum bulvarın quru hissəsinə cavabdehdir: “Bu, bizim səlahiyyətimizdə deyil. Dənizin içində olan tullantılarla bağlı müvafiq qurumlar məşğuldur. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) münasibət bildirə bilər”. 

Məsələ ilə bağlı ETSN-ə də sorğu göndərilib. 

News24.az ərazidən görüntüləri təqdim edir. 

Afaq Mirayiq