Jurnalistlər koronavirusa yoluxan Braziliya prezidentini məhkəməyə verir - SƏBƏB
    • 8-07-2020, 10:44
    • 564

Jurnalistlər koronavirusa yoluxan Braziliya prezidentini məhkəməyə verir - SƏBƏB

Braziliya Mətbuat Birliyi, mətbuat konfransı zamanı jurnalistləri koronavirusa məruz qoyması üçün prezident Jair Bolsonaranı məhkəməyə verməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Assosiasiyanın açıqlamasında, bildirilib ki, Braziliya prezidentinin özünütəcrid şərtlərini pozduğu və cinayətkar bir şəkildə davranaraq jurnalistlərin həyatına təhlükə yarandığını bildirilib.

Koronavirus testi müsbət çıxan Jair Bolsonara jurnalistlərlə görşdə özünü yaxşı hiss etdiyini göstərmək üçün maskasını çıxarıb. 

O, iki cinayət maddəsini pozmaqda ittiham olunub. Bolsonara qarşı Ali Məhkəmədə iddia qaldırılacaq.

Qeyd edək ki, 65 yaşlı J.Bolsonaru koronavirusa yoluxduğunu tamamilə inkar edib, xəstəliyə qarşı ciddi tədbirlər görməyib.

Braziliya virusa yoluxanların sayına görə dünyada ikinci yerdədir. Ölkədə 1,6 milyondan çox koronavirusa yoluxma qeydə alınıb.