"Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam" deyən baş epidemioloq İŞDƏN ÇIXDI
    • 8-07-2020, 13:07
    • 594

"Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam" deyən baş epidemioloq İŞDƏN ÇIXDI

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.