Hikmət Hacıyev xaricdə qalan Azərbaycan VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ
    • 10-07-2020, 17:32
    • 455

Hikmət Hacıyev xaricdə qalan Azərbaycan VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ

Xaricdə olan vətəndaşlarımızın təxliyyəsi davam etdirilir. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

O bildirib ki, İstanbu-Bakı reysi ilə 4 gediş ölkəmizdən, 4 reys isə Türkiyədən ölkəmizə həyata keçiriləcək. Almaniyada da xüsusi reyslər təşkil olunub, Rusiyadan da bu cür reyslərin təşkili nəzərdə tutulur: "250 vətəndaşın Rusiyadan, 200-dən artıq vətəndaşın isə Gürcüstandan Azərbaycana quru yolla gətirilməsi nəzərdə tutulur. Eyni zamanda Macarıstan, Qətər, Özbəkistandan vətəndaşlarımızın təxliyyəsi də nəzərdə tutulur". 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, tibbi personal, hüquq-mühafizə orqanları və dövlət orqanları gərgin iş rejimində çalışırlar: “Məqsəd vətəndaşların sağlamlıq və təhlükəsizliyinin qorunmasıdır”. 

H. Hacıyev nəzərə çatdırıb ki, dünyada artıq 12 milyondan çox insan yoluxub: “Hazırda əsas yoluxma Latın Amerikası regionunda qeydə alınır. Yaxın Şərqdə də yoluxma artır”.

Afaq Mirayiq