-
- 10-07-2020, 17:42
- 593
Operativ Qərargahın brifinqləri onlayn keçirilə bilər
Operativ Qərargahın brifinqlərinin onlayn şəkildə keçirilməsi məsələsinə baxıla bilər.
News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. "Jurnalistlər arasında yoluxma sayı ilə bağlı dəqiq məlumatım yoxdur. Amma bununla bağlı müzakirələr etmişik. Gördüyünüz kimi, burda da jurnalistlər arasında da məsafə qorunur. Amma gələcəkdə brifinqlərin onlayn keçirilməsi ola bilər".
Afaq Mirayiq