“Çalışırıq ki, nöqsanları aradan qaldıraq”
    • 10-07-2020, 17:51
    • 813

“Çalışırıq ki, nöqsanları aradan qaldıraq”

“Pandemiya dövründə müəyyən narazılıqların olması aydındır. Maksimum çalışırıq ki, ən kiçik nöqsanlar aradan qaldırılsın”.

News24.az-ın xəbər verir ki, bunu Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hər bir dövlətin müəyyən təcrübəsi var: “Heç də bütün ölkələri eyniləşdirmək olmaz. Əhalinin sayı, urbanizasiya fərqlidir. Azərbaycan əhalinin sıxlığına görə aparıcı olan dövlətlərdəndir”.