Dəhşət! Ana körpəsini nəhəng kərtənkələyə YEM ELƏDİ -FOTOLAR
    • 15-05-2020, 01:11
    • 864

Dəhşət! Ana körpəsini nəhəng kərtənkələyə YEM ELƏDİ -FOTOLAR

Ana yeni doğulmuş körpəsini gölün kənarına ataraq nəhəng kərtənkələyə yem edib. 

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qandondurucu hadisə Taylandın Nakhon Si Thammarat şəhərində baş verib. Belə ki, ana yeni doğulmuş körpəsini qara çantaya qoyaraq, gölün kənarına buraxıb. Uşağın cansız bədəninin qalıqlarını gölün kənarında oynayan uşaqlar tapıb. 

Hadisə yerinə dərhal polis və təcili yardım çağırılıb. Uşağın gölün kənarında atılmamışdan öncə ölü və ya diri olması araşdırılır.

Həmin qandonduran hadisənin fotolarını təqdim edirik: