“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hökumətə TƏQDİM OLUNDU
    • 13-07-2020, 12:43
    • 539

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hökumətə TƏQDİM OLUNDU

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim edilib. 

APA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunika Mərkəzi (İİKTM) ilə Azərbaycann Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ilin nəticələri barədə birgə mətbuat konfransında bildirilib. 

Sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və yeni norma və qaydaların hazırlanması istiqamətində sanitariya sahəsi üzrə 5, fitosanitariya üzrə 3 və baytarlıq sahəsi üzrə 3 normativ sənəd hazırlanıb.