Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
    • 14-07-2020, 12:38
    • 669

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

"Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir!"

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb. 

“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Təcavüzə son qoyun”.