General Polad Həşimov SON DƏFƏ ATA EVİNDƏ - İZDİHAM YAŞANDI - FOTO
    • 14-07-2020, 23:39
    • 2 887

General Polad Həşimov SON DƏFƏ ATA EVİNDƏ - İZDİHAM YAŞANDI - FOTO

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovla doğulduğu Qəbələ rayonunun Vəndam kəndində vida mərasimi keçirilib. 

News24.az xəbər verir ki, vida mərasimində minlərlə sakin iştirak edib. 

Qeyd edək ki, şəhid general-mayor Polad Həşimov sabah Bakıda II Fəxri Xiyabanda dəfn ediləcək.