-
- 15-07-2020, 10:42
- 1 206
Bu gecə Bakıda baş verənlər - VİDEO
Xəbər verdiyimiz kimi, gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib.
News24.az xəbər verir ki, İctimai Televiziyanın yürüş yerindən hazırladığı reportajda bildirilir ki, yürüş iştirakçıları Qarabağ uğrunda müharibəyə hazır olduqlarını qeyd ediblər. Polis qeyri-qanuni aksiyaya müdaxilə etməyib. Təxminən gecə saat 2 radələrində insanların böyük bir hissəsi dağılışsa da, Şəhidlər Xiyabanı və Milli Məclisin qarşısındakı meydanı tərk etməyənlər də olub. Tribunaya çıxan Müdafiə Nazirliyinin rəsmiləri toplaşanlara orduya dəstəyə görə minnətdarlıqlarını bildirib.
Lakin bundan sonra baş verənlər nə aksiyanın məğzinə, nə də bu insanların səsləndirdiyi Qarabağın azad edilməsi şüarlarına uyğun gəlməyib. İşğal edilmiş torpaqların azad edilməsini tələb edən bir qrup insan niyəsə Qarabağa gedən yolun Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqda görüb. Baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağı tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb. Milli Məclisin qarşısındakı meydanın xüsusi vasitələrdən istifadə edilməklə boşaldılması başlanılıb.
Reportajda aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir.
Polis qısa zaman ərzində ərazidə asayişi bərpa etməyə müvəffəq olub. Qarabağa azadlıq və orduya dəstək şüarları hansısa qüvvələrin təxribatının nəticəsində dövlət orqanlarının binasına hücum və iğtişaşla nəticələnib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişiylə puç edib.