General-mayor Polad Həşimov dəfn olunur
    • 15-07-2020, 09:24
    • 806

General-mayor Polad Həşimov dəfn olunur

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

News24.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib. /Report.az/