Ombudsman Tovuz rayonu istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkdi - FOTO
    • 16-07-2020, 12:59
    • 719

Ombudsman Tovuz rayonu istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkdi - FOTO

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib.

News24.az xəbər verir ki, Ombudsman erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularla görüşüb, onların vəziyyəti ilə tanış olub.