Ombudsman Aparatının nümayəndələri hərbi hissəyə BAŞ ÇƏKDİLƏR
    • 26-02-2020, 18:54
    • 1 174

Ombudsman Aparatının nümayəndələri hərbi hissəyə BAŞ ÇƏKDİLƏR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi ilə birgə N saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.  

Ombudsman Aparatından News24.az-a bildirilib ki, başçəkmə zamanı hərbi sirr təşkil etməyən bütün obyektlərə baxış keçirilib, şəxsi heyətlə hüquqi maarifləndirmə istiqamətində fərdi və kollektiv söhbətlər aparılıb. Hərbçilərin məişət şəraiti, əşya, ərzaq və tibbi təminatının təşkili üçün görülən işlər müsbət qiymətləndirilib.