Ceyhun Bayramovun Xarici İşlər naziri vəzifəsinə keçməsi ilə bağlı AÇIQLAMA
    • 16-07-2020, 13:37
    • 1 234

Ceyhun Bayramovun Xarici İşlər naziri vəzifəsinə keçməsi ilə bağlı AÇIQLAMA

Xarici İşlər naziri Elmar Məmmədyarovun istefa ərizəsini təqdim etdiyi xəbəri  yayılıb. 

Məlumatda bildirilir ki, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri təhsil naziri Ceyhun Bayramovdur.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, News24.az-a açıqlamasında xəbəri təsdiqləməyib: “Bununla bağlı heç bir məlumatım yoxdur”. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevaya ünvanladığımız sorğuya isə cavab verilmədi. 

Afaq Mirayiq