Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
    • 17-07-2020, 09:02
    • 445

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“20 Yanvar” metrostansiyasının yaxınlığında “Chevrolet” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub. Hadisə zamanı “Chevrolet”in sürücüsü Həmidov Mirdavud Mirhacı oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/