Şəkidə 150 hektar sahə yandı
    • 17-07-2020, 09:16
    • 719

Şəkidə 150 hektar sahə yandı

İyulun 16-sı axşam saat 20:30 radələrində Şəkinin Daşbulaq kəndinin inzibati ərazisinə bitişik dağlıq yaylaq ərazidə yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğın genişlənərək 150 hektar ərazini bürüyüb. 

Yanğın nəticəsində ərazidəki kol-kos, quru ot və xırda ağaclar yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 30-a yaxın şəxsi heyəti və müvafiq qurumlar və yerli sakinlər cəlb edilib. 

Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.