15 min insan imtahana cəlb olunacaq- DİM SƏDRİ
    • 17-07-2020, 14:21
    • 435

15 min insan imtahana cəlb olunacaq- DİM SƏDRİ

“Sərt karantin rejimi olan rayonlarda imtahanların keçirilməsi üçün Operativ Qərtargahdan (OQ) almışıq”. 

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, növbəti həftə üçün sərt karantin rejimi olan bölgələrdə imtahan keçirmək üçün icazə almışıq. Hər imtahanda təxminən 15 min insan imtahana cəlb olunacaq, bu da insan sıxlığını müəyyən dərəcədə azaltmaq üçündür. Bu, çox prosesdir. Hər kəs üçün yer müəyyən olunmalıdır. 3822 nəfər müəyyən səbəblərə görə imtahanlarda iştirak etməyib, onlar arasında da ali təhsil və orta ixtisas müəssisələrində imtahan vermək üçün təkrar müraciət edənlər var. Onlar səhhətində olan problemlərə görə qoşulmayıb, onların karantində olub olmadığı, sağaldığı, hamısı yoxlanılıb. Çalışırıq ki, hər kəs olduğu yer üzrə imtahan versin. Biz 2 gün ərzində bütün cədvəlləri elan edəcəyik. Bu ay nəzərdə tutulan 4 imtahan Bakının rayonları, Sumqayıt və Abşeron üzrə olacaq. Həmin cədvəllər sabah və ya biri gün DİM-in saytında olacaq

Afaq Mirayiq