Diqqət: Bu ərazilərdə SU OLMAYACAQ
    • 17-07-2020, 16:10
    • 581

Diqqət: Bu ərazilərdə SU OLMAYACAQ

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

Bu barədə News24.az-a "Azərsu" ASC-nin mətbuat xidmətindən verilib. Bildirilir ki, "Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Afaq Mirayiq