News24.az yazdı, “Azərsu” həll etdi- SUMQAYITLILAR SU İLƏ TƏMİN EDİLDİ
    • 17-07-2020, 17:31
    • 676

News24.az yazdı, “Azərsu” həll etdi- SUMQAYITLILAR SU İLƏ TƏMİN EDİLDİ

Sumqayıtda yaranan su problemi həllini tapıb.

Bu gün Sumqayıt sakinləri News24.az-a müraciət edərək suyun gəlməməsi ilə bağlı şikayət (https://news24.az/sosial/45586) etmişdilər. Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələni araşdırdı. O bildirdi ki, axşam saatlarında Sumqayıtda su təchizatında problem yaranıb, təmir işləri aparılıb: "Artıq şəhərdə su problemi qalmayıb, suyun bərpası təmin edilib".

Afaq Mirayiq