Azərbaycanda sağalanların sayı artı - 645 NƏFƏR
    • 18-07-2020, 18:20
    • 651

Azərbaycanda sağalanların sayı artı - 645 NƏFƏR

Bu gün Azərbaycanda daha 645 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib.

Bu barədə News24.az-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.