-
- 20-07-2020, 11:58
- 613
Antalyada Azərbaycana dəstək aksiyası keçirilib - FOTO - VİDEO
Türkiyənin Antalya şəhərindəki Azərbaycan Kültür Parkında aksiya keçirilib.
News24.az xəbər verir ki, "Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı" və "Azərbaycan Xalqlar Dostluğu" dərnəyinin təşkilatçılığı ilə keçirilən aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.
Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.
Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. "Qarabağ bizimdir, bizim olacaq", "Var olsun Azərbaycan, məhv olsun Ermənistan", "Vur keç səngəri, Azərbaycan əsgəri", Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarları səsləndirilib.
"Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı"nin rəhbəri Fazil Orun məqsədlərinin Ermənistana etiraz etmək olduğunu bildirib: “Biz iki dövlətik, bir millət, qardaş ölkəyik. Bu barədə susmamalıyıq. Dünya əvvəl səssiz idi, amma indi səssiz qalmamalıdır. Qarabağı geri qaytarmalıyıq".