Goranboyda “DAF” markalı yük avtomobili yandı
    • 21-07-2020, 08:45
    • 587

Goranboyda “DAF” markalı yük avtomobili yandı

Goranboy rayonunun Goran qəsəbəsində “DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.