Neftçalada 1000 m2 olan tikilidə YANĞIN
    • 22-07-2020, 09:09
    • 526

Neftçalada 1000 m2 olan tikilidə YANĞIN

Neftçala rayonunun Mikayıllı kəndində ferma ərazisində ümumi sahəsi 1000 m2 olan tikilinin taxta atmaları 150 m2 sahədə və içərisinə yığılan 80 ton ot bağlamasının 20 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;