Sərnişin avtobusu maşına çırpıldı, sürücü öldü
    • 23-07-2020, 15:42
    • 523

Sərnişin avtobusu maşına çırpıldı, sürücü öldü

Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az DİN-ə istinadən xəbər verir ki, rayonun Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub. 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb.