-
- 25-07-2020, 11:32
- 1 073
Polad Bülbüloğlu Rusiyadakı azərbaycanlılara müraciət etdi: "Mübarizəmiz yalnız qanun çərçivəsində aparılmalıdır"
"Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşısınız. Sizdən xahiş edirəm buradakı qanun və qaydalara əməl edin. Pandemiya zamanı xoşagəlməz vəziyyətə düşməmək, qanunu pozmadan ədalətli mübarizəmiz üçün özünüzü qoruyun. Çünki sizinlə ortaq bir məqsədimiz var - Vətənimizi qorumaq, ərazi bütövlüyünü və tarixi həqiqətini bərpa etmək".
News24.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciətində deyib. P.Bülbüloğlu bildirib ki, təxribatlara layiqli cavab vermək üçün, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün bir yerdə olmalıyıq. Polad Bülbüloğlu vurğulayıb ki, mübarizəmiz yalnız qanun çərçivəsində aparılmalıdır.