-
- 29-07-2020, 18:36
- 746
"Sənə məktubum var, əsgərim" - VİDEOREPORTAJ
"ASAN Könüllüləri" Təşkilatının ərsəyə gətirdiyi "Əsgərə Məktub" layihəsi davam edir.
News24.az xəbər verir ki, bu dəfə ki, məktubların ünvanı cəbhə bölgəsidir. Bura yaxınlaşan hər bir vətəndaş ürəksözünü məhz məktub formasında yazır və xüsusi hazırlanmış qutuya atır. Hər bir məktubda da "Salam əsgər", "Əziz, əsgərim" kimi başlıqlar olur.
"Asan Könüllülər" təşkilatının sədri Səbinə Cabarova deyir ki, vətəndaşlar aprel döyüşlərində olduğu kimi, bu dəfə də həmrəylik nümayış etdirərək bu prosesdə çox fəal iştirak edirlər: "Bu layihə ilk gündən böyük marağa səbəb olub. Elə ilk gün mindən çox məktub yığıldı və könüllülərimiz cəbhə bölgəsinə yollandılar. Sağ olsun bütün vətəndaşlarımız. Tovuzda baş verən hadisələrdən bu yana 2000 məktub göndərilib".
Layihəyə qoşulmaq istəyənlər üçün bütün "Asan xidmət" mərkəzlərində "Əsgərə məktub" qüşəsi yaradılıb.
Qeyd edək ki, layihə reallaşdırıldığı gündən etibarən əsgərlərimizə 90.000-dən çox məktub göndərilib.
Sevda Bayramova
VİDEO: Nurlan GM