Bayram günlərində rayona getmək istəyənlərin NƏZƏRİNƏ - Rayona getməyə icazə....  VİDEO
    • 30-07-2020, 16:08
    • 600

Bayram günlərində rayona getmək istəyənlərin NƏZƏRİNƏ - Rayona getməyə icazə.... VİDEO

"Məlum olduğu kimi sərtləşdirilmiş karantin rejimi, 208 nömrəli qərar hələ ki qüvvədədir. Orada isə qeyd olunur ki, Azərbaycanın bir neçə ərazisinə giriş-çıxış qadağandır. Ayın 5-dən sonra əgər hər hansısa dəyişiklik olsa qərara uyğun işlər görüləcək. Bayramdan asılı olmayaraq qanun qanundur. Bayram adı ilə heç kim sui-istifadə hallarına yol verməməlidir".

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev News24.az-a açıqlamasında deyib. K. Əliyev rayon qeydiyyatında olan vətəndaşların rayona getdikləri halda Bakıya qayıtmaları məsələsinə də toxunub: "Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Abşeron rayonu üzrə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub və bu davam edir.  Əgər qərar ləğv olunmasa rayon qeydiyatında olan vətəndaşlar sözügedən inzibatı ərazilərə buraxılmayacaqlar".

İdarə rəsmisi onu da qeyd edib ki, portalda adı olan şəxslərin də bayram günlərində rayona getməsi halı baş verdiyi təqdirdə müəyyən olunmuş cərimələr tətbiq olunacaq: "Qanun hər kəs üçün qanundur və hər birimizin qoyulan qaydalara riayət etməliyik". 

Sevda Bayramova