17 yaşlı qızını zorladı, arvadına isə işgəncə verdi - Bakıda məhkəmə işi
    • 5-10-2018, 11:35
    • 736

17 yaşlı qızını zorladı, arvadına isə işgəncə verdi - Bakıda məhkəmə işi

Qızını zorlayan, arvadına isə işgəncə verən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib.
Cinayət məcəlləsinin zorlama və işgəncə vermə maddələri ilə məhkum olunan Malik Mirzəyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb. 
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı qızını zorlamaqda təqsirləndirilən 1960-cı il təvəllüdlü Malik Mirzəyev hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Malik Mirzəyev 17 yaşlı qızı Samirəni (ad şərti verilib) zorlayıb. O, həmçinin həyat yoldaşına da işgəncə verib.
Malik Mirzəyev Cinayət Məcəlləsinin 149-cu (zorlama), 150-ci (seksul hərəkətlər etmə) və 133-cü ( işgəncə vermə) maddələri ilə təqsirli bilinib.
İttiham aktına görə, M.Mirzəyev ilk dəfə olaraq 2015-ci ilin əvvəlində qızını zorlayıb. Belə ki, içkili vəziyyətdə evə gələn Mirzəyev məktəbli qızının dərslərini hazırladığını görüb. Sərxoş olan ata qızından çay istəyib. Evdə heç kimin olmamasından istifadə edən Malik qızı çay gətirən zaman yanında oturmasını xahiş edib. Qəflətən malikin ürəyindən həddi-buluğa çatmış qızı ilə cinsi əlaqə olmaq hissi keçib. Elə bu niyyətlədə qızına ona yaxın oturmasını istəyib. Samirə isə dərslərinin çoxluğunu bildirərək öz otağına keçib. Təxminən 15 dəqiqə sonra Malik qızının otağına keçərək başlayıb onun başını tumarlamağa. Ancaq qızı atasına onu rahat buraxmasını xahiş edib. Malik isə arxa tərəfdən qızın qollarını buraraq başlayıb onun paltarlarını əynindən çıxarmağa. Qız müqavimət göstərərək başlayıb ağlamağa və atasına bildirib ki, “mən universitetə hazırlaşıram, həkim olmaq istəyirəm, sən niyə belə etdin?”. Ancaq Malik öz niyyətini həyata keçirə bilib. İşini bitirdikdən sonra şalvarını yuxarı çəkərək bu barədə kimə isə danışacağı təqdirdə onu öldürəcəyini bildirib. Samirə isə ağlaya-ağlaya hamam otağına keçib. 
Hadisədən təxminən 3 gün sonra evdə malik ilə arvadı Gülsibə arasında mübahisə düşüb. Bu zaman Malik bıçaqla arvadının bədən nahiyyələrinə bir neçə yüngül zərbələr endirib. Bu zaman dərsdən evə gələn samirə anasının ağladığını görüb. Bədənindəki işgəncə izlərini gördükdə isə artıq dözməyərək anasına başına gələn əhvalatı danışıb. Qızının zorlanma xəbərini eşidən ana başlayıb ərini təhqir etməyə. Əri isə qızının ona şər atdığını bildirərək hər iki qadını döyməyə başlayıb. Evdəki səs-küyə qonşular qonşular gələrək aranı sakitləşdiriblər. Elə həmin gün ana və bala rəsmi ərizə ilə polisə şikayət edərək Malikin onların başına gətirdiyini qeyd ediblər.
//ölkə.az