Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
    • 1-08-2020, 10:46
    • 611

Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Azərbaycanda özəl klinikaların həyata keçirdiyi koronavirus testinin qiyməti haqda danışıb. 

Y. Qarayeva deyib ki, dövlət tərəfindən bu günə qədər bütün testlər pulsuz edilib: "Özəl müəssisələrin test aparmaq üçün təyin etdiyi qiymətlərə TƏBİB heç bir halda müdaxilə etmir. Bu, həmin müəssisələrin qəbul etdiyi daxili qərarlardır" .

Qeyd edək ki, özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır.