Xocavənd sakinini avtomobil vuraraq öldürüb
    • 3-08-2020, 13:36
    • 478

Xocavənd sakinini avtomobil vuraraq öldürüb

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində şəhər sakini Y.Məmmədzadə idarə etdiyi “VAZ-21114” markalı avtomobillə yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.